Azərbaycanın Sənaye Portalı

“Google” şirkəti ağıllı ev əşyalarını idarə edə bilən internet-əlaqəli oyuncaqları patentləşdirib.

Patentə əsasən, mikrofonları, dinamikləri, kameraları, mühərrikləri və internetə naqilsiz qoşulma imkanı olan oyuncaqlar təklif edilir. “Bunny” dovşan və ya “teddy” ayıya oxşar formada hazırlanacaq oyuncaqlar kod sözlə aktivləşə və insanla göz təması qura biləcəklər.

Sənədlərə əsasən, internet oyuncaqlar televizor, DVD pleyer, ev termostatları, pəncərə pərdələri və işıqlar olmaqla bir sıra məişət texnikasını idarə edə bilir.

Oyuncaq danışaraq cavab verir, eyni zamanda maraq, təəccüb, cansıxıcılıq kimi üz ifadələri göstərir. “Qurğu marağını göstərmək üçün gözlərini iri açır, başını qaldırır və ya gözlərini istifadəçiyə zilləyir. Darıxdığını bildirmək üçün isə başını əyir və ya alnını qırışdırır” deyə patent ixtiraçısı Riçard Devul (Richard Wayne DeVaul) bildirir.

 

www.ibtimes.co.uk