Azərbaycanın Sənaye Portalı

Yeni ixtira olunmuş beton növü quruduqdan sonra üzərində yaranan çat və dəlikləri bərpa edə bilir. Niderlandın Delft Texnologiya Universitetinin mikrobioloqları betona özünübərpa funksiyası vermək üçün tərkibinə kalsit həll edən bakteriyalar qatıblar.

Özünü bərpa edə bilən bio-betonun üzərindəki çatlara su əlavə edildikdə, bakteriya çöplərinin su ilə reaksiyası nəticəsində yaranan əhəng daşı çat və dəliklərin bağlanmasına şərait yaradır.

“Baxmayaraq ki, beton dünyada ən çox istifadə olunan tikinti materialıdır, onun ciddi bir qüsuru var: gərginlik altında tez çatlayır. Bu çatlar genişləndikcə armaturun korroziyasına səbəb olur ki, bu da çirkin görünüş yaratmaqla bərabər, eyni zamanda strukturun mexaniki xüsusiyyətlərini təhlükə altına alır. Məhz bu səbəbdən mühəndislər çox vaxt yaranan çatların genişlənməsinin qarşısını almaq üçün beton strukturun daxilində lazım olduğundan daha artıq armatur istifadə edirlər.” deyə Universitetin hesabatında bildirilir.

Nəzəri cəhətdən, beton qarışığının tərkibində belə bakteriyaların istifadəsi əhəmiyyətli qənaət yaratmağa və dayanıqlı beton strukturların əldə olunmasına səbəb ola bilər.

Tədqiqat rəhbəri Henk Conkezin (Henk Jonkers) sözlərinə görə, təhlükəli tullantılar üçün konteynerlərin təmiri çətinliklər yaratdığından onların bio-betondan inşa olunması ideal olardı. Bio-betonun hazırlanmasına çəkilən xərclər göstərir ki, bu növ betonun yaşayış binalarının tikintisində istifadəsi hələki ticari baxımdan sərfəli deyildir.