Azərbaycanın Sənaye Portalı

ABŞ-ın startap şirkəti “Next Thing Co” tərəfindən hazırlanan yeni miniatür komputer adi fərdi  komputerin (PC) malik olduğu bir çox funksiyaları yerinə yetirə bilir. 9 $ məbləğində dəyərləndirilən mikrokomputer  “Raspberry Pi” komputerlərilə müqayisədə daha ucuz, daha kiçik və daha güclüdür.

İstifadəçilər müxtəlif keçidlər vasitəsilə “Chip”i klaviatura, maus və monitorla əlaqələndirə biləcək, eləcə də simsiz internetə qoşula biləcəklər.

“Chip” 512 Mb operativ yaddaşa, 1 GHz A13 prosessora, 4 Gb daxili yaddaşa malikdir və istənilən Linux əsaslı əməliyyat sisteminin yüklənməsi mümkündür. Veb-brauzerlər və oyunlar da daxil olmaqla, bir çox əlavələr əvvəlcədən “Chip”ə yüklənir.“Chip”ə, həmçinin təkhücrəli LiPO batareyası, HDMI adapteri, sensor və klaviatura xüsusiyyətləri olan  PocketChip cihazı da daxil olmaqla bir sıra əlavələr qoşula bilər.

“Chip”in hazırlanmasında əsas məqsəd 9 dollarla komputerdən istifadəni daha asan və əlçatan etməkdir. “Chip” həqiqətən güclüdür və çox kiçikdir, lakin biz onun tamamilə açıq mənbə olmasından narahatıq. Bu o deməkdir ki, siz sxemləri köçürə, “Chip”i dəyişə, necə işlədiyini anlaya bilərsiniz və nəticədə istənilən şəxs öz şəxsi “Chip”ini düzəldə bilər.” deyə “Next Thing Co” şirkətinin nümayəndəsi Deyv Roçvörk (Dave Rauchwerk) bildirmişdir.

“Chip”in müştərilərə çatdırılması 2015-ci ilin dekabr ayına nəzərdə tutulur. Məhsulun təkmilləşdirilmiş versiyasının isə 2016-ci ilin may ayına hazır olacağı gözlənilir.