Azərbaycanın Sənaye Portalı

Amerikan startap şirkəti "Nikola Labs" smartfonu havadan enerji ilə təchiz edə bilən "İPhone 6" üzlüyü hazırlayıb. 99$ məbləğində qiymətləndirilən yeni üzlük Nyu-Yorkda keçirilən "TechCrunch Disrupt" konfransında təqdim olunub və wi-fi kimi radiotezlikləri elektrikə çevirdiyi nümayiş olunub.

“Biz XIX əsrin texnologiyasını XXI əsrin mobil avadanlıqları üçün istifadə edirik. Bizim qabaqcıl texnologiya mobil telefondan ayrılan radiotezlikli enerjinin akkumulyatorun əlavə enerjisinə çevrilməsini təmin edir. Üzlüyə daxilən yerləşdirilən antena radiotezlikli enerjini toplayaraq elektrikə çevirir və yenidən smartfona qaytarır.” deyə şirkətin rəhbəri Uil Sel (Will Zell) bildirib.

Bildirilir ki, yeni üzlük smartfon akkumulyatorunun iş müddətini 30%-dək artırır.

Şirkət Ohio Dövlət Universiteti ilə əməkdaşlıq edərək məhsulun satışını yaxın 12 ay ərzində başlamağı planlaşdırır.