Azərbaycanın Sənaye Portalı

Britaniya şirkəti olan "Full Grown" ağacdan mebel hazırlamağın sadə və radikal yolunu tapıb. Belə ki, ağaclar birbaşa olaraq stul formasında olan qəliblərin içində yetişdirilir.

Belə stulun hazırlanması istifadə olunan ağacdan asılı olaraq 4-8 ilə başa gəlir. İlk baxışda bu üsul mebel hazırlamağın daha ləng üsulu kimi görünsə də, ənənəvi formada hazırlanan mebellərin istehsalına sərf olunan vaxt və xammal itkisi ilə müqayisədə kifayət qədər qənaətlidir.  Eyni zamanda, bu stullar bütünlükdə bir ağac parçasıdır və digər stullardan fərqli olaraq, hissələrin birləşmə nöqtələri olmadığından daha uzunömürlü və dözümlüdürlər.

"Full Grown" şirkətinin rəhbəri Qəvın Munro (Gavin Munro) bu ideya üzrə təcrübələri 2006-cı ildən etibarən başlayıb və o deyir: “Bu üsul mənə ona görə maraqlıdır ki, bu məhsullar orqanik üçölçülü təsviri xatırladır və əsas xammal kimi hava, torpaq və günəş enerjisindən istifadə edir.”

Şirkət məhsulları 2017-ci ilin ortaları bazara çıxarmağı planlaşdırır və bir stulun qiymətinin 2500 ₤ olacağı gözlənilir.