Azərbaycanın Sənaye Portalı

Alman şirkəti "Carplane" uçan avtomobilinin prototipini Fridrixsafendə keçirilən aviasiya nümayişində təqdim edib.

Hər sərnişin üçün ayrıca kupeyə malik olan iki nəfərlik avtomobilin yeni dizaynı daha yaxşı aerodinamikaya və yolda rahat hərəkət etməyə imkan verir. Avtomobilin qatlanan qanadları kupelərin arasındakı boş sahəyə yığılırki, bu da sürətli avtomobil rejimində gedərkən onun havaya qalxmasını istisna edir. Şirkətin proqram meneceri Con Braunun (John Brown) bildirdiyinə görə, avtomobilin uğurlu dizaynı ona 15 dyumluq yol təkərlərinin yerləşdirilməsini də mümkün edir.

Ümumi çəkisi 1000 funt olan avtomobil 151 at güclü, iki-slindirli turbo mühərrikə malikdir. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən sertifikatlaşdırılmış porşenli mühərrik etilsiz benzinlə işləyir. Uçan avtomobilin maksimum surəti avtomobil kimi saatda 109 mil, təyyarə kimi isə saatda 138 mil olaraq layihələndirilib. Avtomobilin yerdən təmamilə qalxması, həmçinin eniş edib dayanması üçün 80 metr məsafə tələb olunur.

"Carplane" prototipi Avropa İttifaqının və Almaniyanın Aşağı Saksoniya əyalətinin maliyyə yardımı ilə hazırlanıb və iyul ayında sınaq uçuşlarının keçirilməsi üçün təkmilləşdirilmə işləri davam etdirilir.