Azərbaycanın Sənaye Portalı

Amerikanın Müdafiə üzrə Qabaqcıl Tədqiqatlar Layihələri Agentliyinin (DARPA- Defense Advanced Research Projects Agency) uzunməsafəli atışlar üçün hazırladığı güllənin sınaq testləri başa çatıb.

EXACTO (Extreme Accuracy Tasked Ordnance) proqramı əsasında  hazırlanan güllə istiqamətini dəyişə və hədəfi özü təyin edə bilir. EXACTO silahının güllələrinin malik olduğu idarəetmə sistemi onu hava və digər xarici faktorlara qarşı dayanıqlı edərək hədəfi saxlayır. Bu səbəbdən, yeni texnologiya snayperlərin çətin şəraitlə, xüsusilə toz və güclü küləklə üzləşdiyi yerlərdə  kifayət qədər lazımlı olacaq.

“Sınaq atışları göstərdiki, EXACTO hərəkət edən və itən hədəfləri yüksək dəqiqliklə məhv edə bilir. EXACTO idarəetmə sisteminin kiçik 0,50 kalibrli gülləyə yerləşdirilməsi böyük irəliləyişdir və gələcəkdə uzaqdan idarəolunan istənilən kalibrli raketlərin yaradılmasına imkanlar açır” deyə proqram meneceri Cerom Dan (Jerome Dunn) bildirmişdir.

DARPAnun bildirdiyinə görə, hərəkətli güllələr snayperə daha da uzaq məsafədən hədəflənməyə şərait yaratmaqla snayperin səmərəliliyini artıracaq və hərbi təhlükəsizliyin səviyyəsini qaldıracaq.