Azərbaycanın Sənaye Portalı

Audi şirkəti R8 e-tron model pilotsuz sport elektromobilini Şanxayda keçirilən Asiya İstehlakçı Elektronikaları 2015 Sərgisində (Consumer Electronics Show Asia) nümayiş edib.

Avtomobilin təmamilə elektriklə işləyən iki mühərriki 455 at gücü ilə 3,9 saniyədə 100 km/s surət yığmağa imkan verir. Maksimum surət 250 km/s olaraq müəyyənləşdirilib. Elektromobilin T-formalı akkumulyatoru maksimum 2 saata elektriklə təchiz olunur və 279 mil (449 km) məsafə qət etməyə kifayət edir.

Yeni modelin pilotsuz rejimdə hərəkəti videokameraların, radiolakasiya və ultrasəs sensorların, eləcə də yolu oxumağa imkan verən lazerli skanerin kombinasiyası sayəsində mümkün olur.

Şirkətin bildirdiyinə görə, "R8 e-tron" modelinin kütləvi buraxılışı 2017-ci ilə planlaşdırılır. Müştərilər elektromobilin əlavə avadanlıqlarla təchiz olunmuş versiyasını da sifariş edə biləcəklər.

 

www.myinforms.com