Azərbaycanın Sənaye Portalı

Hər il keçirildiyi kimi bu ildə də “Frankfurt International Motor Show 2015” avtomobil sərgisi ənənəvi olaraq sentyabrın 15-də Almaniyanın Franfurt şəhərində açılış edib.

Artıq 66-cı dəfə keçirilən sərgidə bir çox məşhur avtomobil şirkətlərinin 20-dən çox avtomobil konseptləri və 80-dən çox prototipləri nümayiş olunub. Sərgidə müzakirə olunan əsas mövzular 1 qallon benzinə qət edilə bilən maksimum məsafə, avtomobil sistemlərinin mobil cihazlarla inteqrasiyası və avtomobil sənayesində istifadə olunan yeni metal növləri olub.

Tədbirdə nümayiş olunan Bugatti “Vision Gran Turismo”, Lamborghini “Huracan Spider”, Porsche “Mission E”, Bentley “Bentayga”, Rolls-Royce “Dawn”, “Cullinan SUV”, Ferrari “488 spider”, İnfiniti Q30, Jaguar F-Pace, Maserati Levante, Range Rover “Autobiography LWB”, Mercedes Benz “IAA” “GLC Couple”, “S-Class Cabriolet”, Audi “e-tron quattro”, Lexus “RX”,“GS”, BMW “7 Series”,“X1”,“330e”, Peugeot “Fractal”, Toyota “Prius”, Volkswagen “Golf GTI Clubsport”, Thunder Power electric car, Citroen “Cactus M”, Nissan “Gripz” ziyarətçilərin diqqətini çəkən əsas modellər sırasındadır.

Sərgi sentyabrın 27-nə kimi davam edəcək.

 

www.arstechnica.com