Azərbaycanın Sənaye Portalı

Dünən Nyu-York şəhərində keçirilən təqdimatda “Microsoft” yeni məhsullarını - "Lumia 950" və "Lumia 950 XL", "Lumia 550" smartfonlarını, “Surface Pro 4” planşetini, “Surface Book” dizüstü kompüterini, “Microsoft Band 2” fitnes qolbağını nümayiş etdirib.

Lumia 950Lumia 950XL smartfonlarının əsas özəlliyi onların “Windows 10” sistemi ilə işləməsidir.  Bu sistemlə işləmələri üçün smartfonlar səkkiznüvəli prosessorla təchiz olunub. Eyni zamanda, smartfonların malik olduğu “Type-C” USB əlaqələndirici sayəsində onları monitora qoşmaq və fərdi kompüter kimi istifadə etmək mümkün olacaq. Eyni əlaqələndirici vasitəsilə telefonlara klaviatura, maus və ya flaş kart taxmaq mümkün olacaq.

Smartfonlara şəkili optik tarazlama xüsusiyyəti olan 20 meqapikselli kameralar quraşdırılımışdır. Video çəkimlərində isə 4K icazəsi dəstəklənir. Smartfonların OLED ekranlarının dioqanalı 950 və 950 XL üçün müvafiq olaraq 5,2-5,7 dyum, piksel sıxlığı hər dyuma 564 və 518 dir.

Smartfonlar Lumia 950 üçün 549 $ və Lumia 950XL üçün 649 $ qiymətləri ilə noyabr ayında satışa çıxarılacaq.

Surface Pro 4 planşeti də smartfonlar kimi “Windows 10” sistemi ilə işləyir. Planşet əvvəlkindən 30% sürətli olan Intel şirkətinin çipi ilə təchiz olunub və iddialara görə “Apple MacBook Air” ultrabukundan 50% güclü işləyir. Qalınlığı 8,4 mm olan planşetin ekran dioqanalı 12,3 dyum, piksel sıxlığı hər dyuma 267 pikseldir. Ekran 0,4 mm naziklikdə Gorilla Glass şüşəsi ilə örtülüb.

Planşet rəqəmsal qələm “Surface Pen” və taxılan klaviatura “Type Cover” ilə birlikdə satışa çıxarılacaq. Planşetin satışları 26 oktyabr tarixindən 899 $ qiymətilə başlayacaq.

Microsoft Surface Book dizüstü kompüteri Intel şirkətinin ən yeni çipi ilə təchiz olunub, qrafika emalı isə GDDR5 yaddaşlı Nvidia videoçipi tərəfindən təmin edilir. Şirkət nümayəndəsinin sözlərinə görə, Surface Book dünyanın 13 dyumlu kompüterlətinin içərisində ən güclüsüdür və “Apple MacBook Pro” dan iki dəfə sürətli işləyir. Kompüterin malik olduğu sensor ekranın dioqanalı 13,5 dyum, piksel sıxlığı hər dyuma 267 pikseldir və rəqəmsal qələm ilə işləyə bilir. Daimi yaddaşı 1TB, operativ yaddaş 16 GB-dır.

Surface Book kompüteri kiçik bir düyməni sıxmaqla klaviaturadan ayrıla və planşetə çevrilə bilir. Avtonom iş müddəti 12 saatdır. Kompüter 26 oktyabr tarixindən etibarən 1499 $ qiymətilə satışa çıxarılacaq.

Yeni formada dizayn edilmiş Microsoft Band 2 fitnes qolbağı sərf edilmiş kalorinin və atılan addımların hesablanması kimi standart funksiyalardan başqa digər unikal xüsusiyyətlərə malikdir.

Yeni “Band 2” Gorilla Glass 3 şüşəsi ilə örtülüb və toxunmaya daha həssasdır. Qurğuya 11 sensor quraşdırılıb. Qolbağ GPS-lə və yüksəklik fərqini müəyyən etməyə imkan verən barometrlə təchiz olunub. Fitnes qolbağ ona yüklənmiş Windows 10-un Cortans köməkçisi vasitəsilə istifadəçinin aktivliyindən asılı olaraq, onun məşq qrafikini qurur və sərbəst şəkildə ona dəyişiklik edə bilir. Band, həmçinin, idmançının qəbul edə biləcəyi oksigenin maksimum həddini də müəyyən edə bilir ki, bu funksiya da xüsusilə uzaq məsafələrə qaçan istifadəçilər üçün önəmlidir. “Microsoft Band 2” belə funksiyası olan dünyanın yeganə fitnes qolbağdır.

Band 2 qolbağı Windows, iOS и Android sistemlərini dəstəkləyir. Fitnes-qolbağ 30 oktyabr tarixindən etibarən 249 $ qiymətilə satışa çıxarılacaq.

 

www.ibtimes.co.uk