Azərbaycanın Sənaye Portalı

Nəhəng aerokosmik şirkəti “Boeing” dünyanın ən yüngül metal strukturunu hazırlayıb. Strukturun tərkibi 99,99 % boşluqdan ibarət olduğundan metalın bir parçası zəncirotunun üzərində rahatlıqla dayana bilir. Yeni ixtira penoplastdan 100 dəfə yüngüldür və aviasiya sənayesinin əvəzolunmaz metalı olmağa iddialıdır.

“Microlattice” kimi adlandırılan material açıq qəfəsli polimer struktura malikdir. Materialın hazırlanmasında “Boeing”in birgə çalışdığı HRL Laboratoriyasının mütəxəssisləri sınaqlar zamanı bir çox materiallardan, həmçinin, insan sümüklərinin strukturundan da faydalanıblar. Belə ki, insan sümükləri də kənardan bütöv görünsə də içərisi əsasən boşluqlardan ibarətdir və bununla belə möhkəm və yüngüldür. “Microlattice” divarları insan tükündən 1000 dəfə nazik olan içiboş borulardan ibarətdir.

Yeni materialın istifadəsi təyyarələrin çəkisini azaldaraq daha az yanacaq sərfinə səbəb olacağından aviasiya sənayesində geniş istifadə ediləcəyi gözlənilir.

 

www.ibtimes.co.uk