Azərbaycanın Sənaye Portalı

İspaniyanın Barselona şəhərində 27 fevral tarixində açılışı olan Dünya Mobil Konqresi (Mobile World Congress 2016) sərgisində elastik elektronika sahəsindəki tədqiqatları ilə məşhur olan Britaniya şirkəti “FlexEnable” LCD qolbağı nümayiş etdirib.

Qolbağın elastikliyini təmin etmək üçün tərkibinə plastik tranzistor qatılan orqanik maye kristal ekrandan (OLCD) istifadə edilib. Qolbaq metal çərçivədə qalınlığı 3 mm olan 4,7 dyumluq, 300 dpi sensorlu ekrana malikdir.

“Bizim unikal texnologiya elektronikanı əyilə bilən nazik plastik üzərində çap etməyə imkan verir. Bu texnologiya orqanik nazik film tranzistoru (OTFT-organic thin-film transistors) ilə elastiklik verən passiv elementlərdən ibarətdir.” deyə şirkət təmsilçisi bildirmişdir.

Prototip versiyasında olan məhsulun tam funksional versiyası 18 ay ərzində hazır olacağı gözlənilir.

 

www.ibtimes.co.uk