Azərbaycanın Sənaye Portalı

ABŞ Ordusu və Hava Qüvvələri minaları məsafədən məhv edə bilən lazer silahlarının hazırlanması üzərində işləyirlər.

RADBO (Recovery of Airbase Denied by Ordinance) adlandırılan silah  lazerdən istifadə etməklə 300 metr uzaqlıqdan mina və bombaları partlada bilir.

Silah nəqliyyat vasitəsinin üzərinə yerləşdirilmişdir ki, o da dağıntılar altından 22 kq ağırlığında yük qaldıran manipulyatorla təchiz olunmuşdur. Sistemi 1100 amper gücündə iki generator və infraqırmızı kameralar tamamlayır.

Sistemin yaradılmasında hərbi tədqiqat mərkəzi (AMRDEC-Army Aviation and Missile Research Development and Engineering Center), prototip laboratoriyası (PIF-Prototype Integration Facility), hava qüvvələri komandanlığı (U.S. Air Force Air Combat Command) və təcrübə mərkəzi (Redstone Test Center) iştirak ediblər.

Hərbi Hava Qüvvələrinin Proqram meneceri Marşal Datenın (Marshall Dutton) sözlərinə görə,  RADBO sistemi qısa müddətdə ərazini minlərlə partlamayan hərbi sursatdan təmizləməyə qadirdir.

 

www.dailymail.co.uk