Azərbaycanın Sənaye Portalı

Koreya avtomobil istehsalçısı “Hyundai” sürəti azaldan maneələri (speed bump) aşkar edə bilən yeni sürət texnologiyasını patentləşdirib.

Belə ki, nəqliyyat vasitələrinin sürətini azaltmaq məqsədilə piyada keçidləri, yaşayış zonaları yaxınlığında quraşdırılan  bu tip maneələr yüksək sürətlə hərəkət edən avtomobillərin bir sıra ehtiyat hissələrini ciddi zədələyir.

Yeni texnologiya GPS, kamera və müxtəlif sensorların köməkliyi ilə sürət azaldan maneələri müəyyənləşdirərək, onların hündürlüyü, eni və əyrilik dərəcəsini ölçür və  xüsusi proqram vasitəsilə maneəni aşmaq üçün optimal olan sürət həddini hesabalayır. Sürücü belə maneələri nəzərə almayaraq sürəti azaltmadıqda sistem xəbərdarlıq siqnalı vasitəsilə onu məlumatlandırır.

Sürəti avtomatik azaltma xüsusiyyətinə malik yeni sistemdən avto pilotlu maşınlarda da istifadə oluna biləcək.

 

www.autoguide.com