Azərbaycanın Sənaye Portalı

Bəşəriyyətin yeni bərpa olunan enerji mənbələri axtardığı bir zamanda hidrogen kimi yanacaqlar istehsalının səmərəliliyinə görə digər ənənəvi yanacaqları əvəzləməyə başlayır.  Avstraliyanın Melburn Monaş Universitetinin (Melbourne Monash University) tədqiqatçıları günəş enerjisi ilə hidrogen istehsal edən qurğu hazırlayıblar.

Yeni araşdırma zamanı suyun elektrokimyəvi parçalanmasından istifadə olunub. Belə ki, günəş batareyaları vasitəsilə əldə olunan elektrik vasitəsilə su hidrogen və oksigenə parçalanır ki, bunun da nəticəsində daha təmiz yanacaq olan hidrogen toplanır.

Qurğu bu sahədə olan rekord göstərici olan 22%-lik enerji səmərəliliyi ilə istehsal edir. Həmçinin, tədqiqatçılar elektrod materialı kimi bahalı əlvan metalların avəzinə nikel istifadə ediblər ki, bu da qurğunu kommersiya nöqteyi-nəzərindən daha sərfəli edir.

“Suyun elektrokimyəvi parçalanması hidrogeni ucuz, təmiz və bərpa olunan enerji mənbəyinə çevirə bilər. Əldə etdyimiz son irəliləyiş bunun reallığa çevrilməsini daha da yaxınlaşdırır” deyə tədqiqat rəhbəri, professor Leon Spiçi (Leone Spiccia) bildirmişdir.

 

www.gizmag.com