Azərbaycanın Sənaye Portalı

Qərbi Avstraliya şirkəti “Fastbrick Robotics”in hazırladığı robot saatda 1000 kərpic düzməklə bir orta ölçülü evin strukturunu iki günə inşa edə bilir.

“Hadrian” adlandırılan robot kənar müdaxilə olmadan kərpic dəstini qaldıra, idarə edə və düzə bilir.  Robot 28 metrlik qolu və ona birləşdirilmiş teleskop vasitəsilə kərpicləri yüksək dəqiqliklə kəsir və istiqamətləndirərək düzür.

Hətta robot kərpicləri düzərkən sonradan divarda yerləşdiriləcək elektrik naqillərinin, su ötürücü strukturların, eləcə də qapı və pəncərələrin yerlərini də nəzərə alır. Robot bütün bunları ona yüklənmiş 3D kompüter dizaynı (CAD) proqram təminatından istifadə etməklə reallaşdırır.

Texnologiya şirkətin rəhbəri, aviasiya və mexanika mühəndisi Mak Pivek (Mark Pivac) tərəfindən yaradılıb. Robotun hazırlanıb təkmilləşdirilməsinə 10 il vaxt sərf olunmuş və 7 mln.$ vəsait xərclənmişdir.

“Fastbrick Robotics” şirkəti robotu yaxın illərdə satışa çıxarmağı planlaşdırır.

 

www.mashable.com