Azərbaycanın Sənaye Portalı

İsrailin Teknion Universitetinin tədqiqatçıları tarixdə ilk dəfə olaraq, labarator şəraitdə süni qızıl hazırlamağa nail olublar. Universitetin material mühəndisliyi fakultəsinin məzunu Maria Koifman-Kristof tərəfindən ixtira olunmuş süni qızılın hazırlanma prosesi “Nature Communications” jurnalında nəşr olunub.

Teknion Universiteti İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı universitetlərindən biridir. 1924-cü ildən fəaliyyət göstərən universitetdə optik liflər, kvazikristal kimi ixtiralar hazırlanmış, kimya elminin inkişafına böyük töhfələr verilmişdir.

“Süni qızılı hazırlayarkən bizim motivasiyamız yalnız elmi maraqlar üzərində qurulmuşdu, lakin elə alındı ki, yeni material təbii qızıla münasibətdə bir çox potensial üstünlüklərə malik oldu” deyə Maria Koifman-Kristof bildirmişdir.

Süni material məsaməli monokristal şəklində hazırlanmışdır və belə strukturun malik olduğu davamlı kristal qəfəsi ənənəvi polikristal strukturlara nisbətdə bir çox üstünlükləri vardır. Bu növ qızıl yüksək mexaniki möhkəmliyə, yüksək temperatur davamlılığına və yüksək istilik, elektrik keçiriciliyinə malikdir.

www.hi-news.ru