Azərbaycanın Sənaye Portalı

Pireney yarımadasının cənubunda yerləşən Cəbəllütariq Aralıq dənizində suyun hərəkətindən elektrik əldə edən stansiyanın qurulması üçün İsrail şirkəti “Eco Wave Power” ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən 5 meqavat gücündə qurulacaq dalğa elektrik stansiyası ərazinin elektrik enerjisi tələbatının 15%-ni ödəyə biləcək.

Digər dalğa texnologiyalarından fərqli olaraq, İsrail şirkətinin hazırladığı sistem dalğaların gücünü enerjiyə çevirmək üçün artıq mövcud olan strukturlardan, o cümlədən dalğaqıranlardan, dayaqlardan, üzən və sabit platformalardan yararlanır.  Hər bir dalğadan maksimum enerjinin alınmasını təmin etmək üçün texnologiya düzənəyin küncünün daha uzun zaman kəsiyində dalğa üzünə paralelliyini avtomatik tənzimləyir.

Hazırda Eco Wave stansiyasının tikintisi Cəbəllütariqdə və Çinin cənubunda yerləşən Zouşan adasında davam edir. Yeni texnologiya gözlənilən nəticəni verərsə Çin stansiyasının gücü 50 meqavata qədər artırılacaq.

www.gizmag.com