Azərbaycanın Sənaye Portalı

 ABŞ-ın aerokosmik korporasiyası olan “Boeing” patentini aldığı pilotsuz hava dronu suya girdikdə avtomatik olaraq sualtı qurğuya çevrilə bilir. Şirkətin 2013-cü ildə müraciət etdiyi patent bu ilin aprel ayında ABŞ Patent və Marka Ofisi (US Patent and Trademark Office-USTPO) tərəfindən təsdiqlənib.

Patentə əsasən, bazadan ayrılan dron pərlərdən, qanaddan və stablizatordan istifadə etməklə havada uçur. Suya daxil olduqda isə dron çəkisini azaltmaq və hidrodinamikliyini təmin etmək üçün öz qanad və pərlərindən azad olur. Məhz bu məqsədlə dron hazırlanarkən partlayan boltlardan və suda həll olan yapışqandan istifadə ediləcəkdir.

Sualtı missiyası bitdikdən sonra dron öz havada uçuş vasitələrini bərpa edərək nəzarət mərkəzi ilə əlaqə yarada biləcək. Drondan su altına silah və ya digər təchizat vasitələri göndərmək, eləcə də sualtı kəşfiyyat məqsədilə də istifadə etmək mümkün olacaq.

 

www.forbes.com