Azərbaycanın Sənaye Portalı

Velosipedə quraşdırmaq üçün ixtira olumuş yeni qurğu qaranlıqda da təhlükəsiz şəkildə velosiped sürməyə imkan yaradacaq.

Azərbaycanlı dizayner Elnur Babayevin beyin məhsulu olan “Cyclee” sistemi proyektorun köməkliyi ilə müxtəlif işarələri sürücünün kürəyində işıqlandırır.

Velosipedin oturacağına bərkidilən yeni lazer qurğusunun təsvir etdiyi “dayanmaq”, “dönmək”, “hərəkətdə olmaq” kimi manevrlər digər sürücülərə rahatlıqla görünəcək ki, bu da velospedçinin yolda daha təhlükəsiz hərəkətini təmin edəcək.

Eyni zamanda, proyektorla əks olunacaq işarələri xüsusi proqram yüklənmiş smartfon vasitəsilə də dəyişmək mümkün olacaq.

 

www.mirror.co.uk