Azərbaycanın Sənaye Portalı

Almaniyanın avtomobil şirkəti “Bugatti Automobiles” lüks yaxtanın hazırlanması üçün  gəmi istehsalçısı “Palmer Johnson” ilə əməkdaşlığa başlayıb.

“Bugatti Niniette” adlandırılan yaxtanın maksimal surəti saatda 70 km-dir. Yaxtanın korpusu bütövlükdə karbon fiber, sıxlaşdırılmış titan və ekzotik ağaclardan hazırlanmışdır. Yaxtanın salonu sifarişçinin istək və tələblərinə uyğun olaraq dizaynerlər tərəfindən fərdi şəkildə hazırlanır.

 Lüks yaxta uzunluğu 13 metr, 19 metr və 27 metr olmaqla üç modeldə istehsal olunacaq və ən ucuzunun qiyməti 2 mln. dollar (2 176 700 $) təşkil edəcək. Bir sifarişin hazırlanma müddəti 12 aydır.

www.gizmag.com