Azərbaycanın Sənaye Portalı

İtaliyanın maşınqayırma şirkəti WASP (World’s Advanced Saving Project) dünyanın ən böyük üçölçülü (3D) printerini təqdim etməyə hazırlaşır.

Hündürlüyü 12 metr olan “Big Delta” printeri torpaq, gil, qrunt kimi yerli materiallardan və mümkün qədər az enerjidən istifadə etməklə  maya dəyəri aşağı olan evlər inşa edir. Printerin 6 metr diametrlik metal gövdəsi ilə dəstəklənən fırlanan xortumu materialları bircins hala gətirərək çap edir və bunun üçün sadəcə onlarla vatt elektrik enerjisi sərf edir.

Qurğu fəlakət zonalarında tez və aşağı büdcəli evlərin tikilməsi və getdikcə artan dünya əhalisinin mənzil ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub. Yeni üçölçülü printerdən istifadə etməklə ilk evlərin tikilməsi Sardiniyanın cənub sahilində yerləşən İglesias şəhərində həyata keçiriləcək.

 

www.gizmag.com