Azərbaycanın Sənaye Portalı

Türkiyənin Koç Universitetinin tədqiqatçılarının hazırladıqları xüsusi asfalt örtüyü öz üzərində buz qatının yaranmasına imkan vermir.

Belə ki, kimyaçılar kalium duzu ilə butadien-stirol kauçuk qarışığını asfaltın əsas tərkib hissəsi olan bituma əlavə ediblər.  Sınaqlar zamanı müşahidə olunmuşdur ki, yeni məhluldan hazırlanmış asfalt örtüyü donma ərəfəsində duzu səthə çıxararaq buzu həll edə bilir. Həmçinin, tərkibə əlavə olunmuş butadien-stirol kauçuk maddəsi də yollarda buz qatının yaranmasını məhdudlaşdıracaq.

 “Yağışın və avtomobillərin təsiri ilə yollara səpilmiş duz asanlıqla yox olur və bu da  yolların mütəmadi duzlanmasını labüd edir. Buzlaşma əleyhinə olan maddələrin istifadəsi iqtisadi cəhətdən səmərəsiz olması ilə bərabər, həm də asfalt örtüyünün mexaniki xüsusiyyətlərini korlayır, həmçinin, ətraf mühitə və canlı orqanizmlərə mənfi təsir göstərir ” deyə layihə heyəti bildirmişdir.

Dr.Seda Kızılel tərəfindən rəhbərlik edilən layihə “Industrial & Engineering Chemistry Research” jurnalda nəşr edilmişdir.

 

www.sciencealert.com