Azərbaycanın Sənaye Portalı

“Apple” şirkəti ekrana toxunmadan ondan istifadə etmək imkanı verən sensoru patenləşdirib. Yeni texnologiya jestlərlə - əl və ya ovuc hərəkətləri ilə qurğunu idarə etməyə icazə verir.

Belə ki, istifadəçilər jestlərlə ekranda olan virtual düymələrə təsir edə, bir proqram əlavəsindən digərinə keçə biləcəklər. Kontaktsız ötürücülü sensor texnologiyası üçün infraqırmızı tezliklərdən və fotodiodlardan istifadə edilib. Texnologiya sensor panel üzərində toplanan zəif elektrik sahəsi hesabına işləyir. İstifadəçinin barmağı həmin sahədə hərəkət etdikdə, sensor dəyişikliyi qeydə alır, əməliyyat sistemi isə bunu əmr kimi qəbul edir.

Patentdə bildirilir ki, texnologiya gələcəkdə iPhone, iMac, iPad kimi qurğularda istifadə edilə bilər. “Proximity and multi-touch sensor detection and demodulation” kimi adlandırılan patent üçün şirkət ABŞ Patent və Ticarət Markası Ofisinə keçən ilin mart ayında müraciət etmişdir.

 

www.ibtimes.co.uk