Azərbaycanın Sənaye Portalı

Təyyarə istehsalçısı “Airbus” sərnişinlərin minib düşməsinə sərf olunan vaxta qənaət etmək üçün yeni sərnişin kabini texnologiyasını patenləşdirib. Şirkət yeni dizayn texnologiyası üçün keçən ilin fevral ayında ABŞ Patent və Marka Ofisinə müraciət etmiş və cari ilin noyabr ayında təsdiq cavabı almışdır.

Yeni texnologiyaya əsasən, slindrik formalı sərnişin kabini təyyarədən ayrıla və bərkidilə bilir. Belə ki, uçuşlararası zamana qənaət etmək məqsədilə təyyarə gəlmədən öncə sərnişinlər və onların yükləri kabinə yerləşdirilir. Təyyarə eniş etdikdən sonra isə xüsusi kran vasitəsilə sərnişinlərlə dolu kabin təyyarədən çıxarılaraq yenisi bərkidilir.

"Patentdə bildirilir ki, təyyarənin gözləmə müddətinin uzun olması böyük xərc tələb etməklə yanaşı, həm də uçuş vaxtını və yanacaq sərfini artırır. Sərnişin kabinin təyyarədən ayrı olması təmir və yoxlama işlərinin də daha səmərəli aparılmasına imkan verəcək.

"Yeni texnologiyanın tətbiqi üçün xüsusi hava limanlarının tikilməsi nəzərdə tutulur. Hava limanında təyyarələrə kabinlərin yüklənməsi və çıxarılması karusel prinsipi ilə həyata keçiriləcək. Lakin bundan öncə şirkət yeni konstruksialı təyyarələrin təhlükəsiz olduğunu sübut etməli olacaq. 

www.dezeen.com