Azərbaycanın Sənaye Portalı

Yaponiyanın Seva Universitetinin mütəxəssisləri və “Mytech” şirkətinin əməkdaşları xərçəng xəstəliyini 3 dəqiqə ərzində aşkar etməyə imkan verən unikal texnologiya hazırlayıblar.

Alimlərin sözlərinə görə, diaqnostika üçün xüsusi metal örtüyün üzərinə bir damla qan yerləşdirmək və onu işıqlandırmaq lazımdır. Bunun üçün şüanın müxtəlif növlərindən, həmçinin ultrabənövşəyi şüalardan istifadə olunur. Bu zaman xərçəng xəstəliyinə yoluxmuş insanların qanı işıqlanmağa başlayır, sağlam insanların qanında isə heç bir dəyişiklik baş vermir.

Cəmi 3 dəqiqə vaxt tələb edən bu test çox sadədir. Mütəxəssislər testin bu il həkimlər tərəfindən istifadə olunacağını ümid edirlər.

 

www.meddaily.ru