Azərbaycanın Sənaye Portalı

Çinin mobil texnika istehsalçısı olan “Elephone” şirkəti cari ilin payızında 10 nüvəli prosessorla təchiz edilmiş ilk smartfonun istehsalına başlayacaq.

“Elephone P9000” qurğusu “X20 Helio” prosessoru ilə işləyən ilk model olacaq. Ekranın diaqonalı 5,5 düym (təxminən 14 sm), əməli yaddaşın tutumu 4 Gb, istifadəçi məlumatlarının saxlanılması üçün daxili yaddaşın tutumu isə 32 Gb təşkil edəcək. 21 meqapiksellik kamera keyfiyyətli fotoşəkil çəkməyə imkan verəcək. Daxili akkumulyatorun tutumu 3100 milliamper/saat olacaq.

“Android 5.1” mobil platforması ilə işləyəcək “P9000” smartfonunun bu ilin oktyabrında satışa çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, 2015-ci ilin qabaqcıl qurğuları əsasən 64 bitlik səkkiz nüvəli prosessorlarla təchiz olunub.

 

www.azertag.az