Azərbaycanın Sənaye Portalı

“Ford” avtomobil şirkətinin hazırladığı yeni avtomobil kamera texnologiyası dönmə hərəkəti edərkən sürücülərin gərginliyini azaldaraq döngə ətrafını görə bilmək və qəzaların qarşısını almaq imkanı yaradır. 

Hərtərəfli görünüş imkanlarına malik yeni kamera döngə sonrası avtomobilin qarşısına çıxa biləcək maneələri və ya tıxacı görməyə sürücüyə kömək edir. 

Yeni 1 meqapikselli kameralar avtomobilin ön və arxa bamperlərin sağ və sol tərəflərinə yerləşdiriləcək və 180 dərəcədə mövcud olan məkanı görüntüləyəcək. Sürücülər 8 dyumluq rəngli sensor ekran vasitəsilə yaxınlaşan və qarşısına çıxma ehtimalı olan avtomobilləri, velosipedləri və ya piyadaları görə biləcəklər.

Kameralar sürücünün bir düyməni sıxması ilə aktivləşir və avtomobilin 10 km/s surəti ötməsilə sönür. Kiçik ölçülü silgəclər kameraların təmizliyini təmin edəcək.

“Biz hamımız bu problemlərlə tanışıq və bəzən sadəcə hər hansısa ağac və ya kol qəza təhlükəsi yaradır. Bəziləri isə bütün fikrini yalnız öz yoluna cəmləyir və digər amilləri nəzərə almır. Bu elə bir texnologiyadır ki, insanlar tezliklə bu olmadan necə avtomobil idarə etdiklərinə təəccüblənəcəklər.” deyə layihə mühəndisi Roni Haus (Ronny Hause) bildirmişdir.

Yeni texnologiya artıq Avropa bazarına çıxarılmış Ford S-MAX və Galaxy modellərində istifadə olunur.

 

www.telematicswire.net