Azərbaycanın Sənaye Portalı

Eindhoven Universiteti və Kent Dövlət Universitetinin elm insanları işıq təsiri altında qıvrılaraq “yeriyən” bir material hazırlayıblar. Belə ki, onlar bu polimer maddəni zolaq halında olan düzbucaqlı bir çərçivəyə yerləşdirmiş və nəticədə material işıqlandırıldıqda öz-özünə yeriməyə başlamışdır. Yalnız bir kağız qısqacı böyüklüyündə olan bu cihaz işıq enerjisinin təsiri ilə hərəkət edir. Əldə edilən tapıntılar 29 iyunda “Nature” jurnalında dərc olunacaqdır.

Maksimum sürəti bir tırtılın sürətinə, yəni cm/s-yə bərabərdir. Tədqiqatçılar yeni icadın əl çatmayan çətin səthlərin və ya günəş panellərinin səthinin təmizlənməsində istifadə edilməsini məqsədəuyğun  hesab edir. Tədqiqatçıların zolağa qum dənələri yerləşdirməsi nəticəsində bu hissəciklər bükülmə hərəkəti ilə qalxmağa başlamışdır. Bu mexanizm o qədər güclüdür ki, özündən çox daha böyük və ağır əşyaları yoxuş yuxarı qaldıra bilir.

Əslində bu yeni materialın bir tərəfi işıqla reaksiyaya girir. Bu deformasiya isə işıq söndükdə qəfil başa çatır. Material hər nə qədər şəffaf görünsə də, bənövşəyi işığı tamamilə mənimsəyərək arxasında bir kölgə yaradır.

Eindhoven Texnologiya Universitetinin professoru Dik Broerin liderliyi ilə elm briqadası bu prosesin təsirindən istifadə edərək daim davam edən bir bükülmə hərəkəti icad etdi. Materiala bitişdirilən zolaq daha uzun olduğundan,bu bükülmə hərəkətinə səbəb olur. Beləcə işıq genişlənərək irəli doğru hərəkətə səbəb olur. Cihaz tərsinə çevriləndə, maddə əks tərəfə doğru getməyə başlayır.

https://www.sciencedaily.com/releases/2017/06/170628131436.htm