Azərbaycanın Sənaye Portalı

Çinin Hunan vilayətində yerləşən Şinuzi (Shiniuzhai) Milli Geoloji Parkında hazırlanmış dünyanın ən uzun şüşə körpüsü istifadəyə verilib. Uzunluğu 300 metr olan körpü vadidən 180 metr hündürlükdə asılıb və “Cəsur insanların körpüsü” (Haohan Qiao) olaraq adlandırılıb.

Bildirilir ki, bu şüşədən hazırlanmış dünyanın ilk şəffaf asma körpüsüdür. Əsli taxtadan hazırlanmış körpünün materialı sonradan 24 mm naziklikdə olan və adi şüşədən 25 dəfə daha dözümlü olan şüşə ilə əvəzlənmişdir. Minimalist görünüşünə baxmayaraq, körpü hər hansı güclü külək, zəlzələ, şaxtalı hava şəraitinə uyğun olaraq dizayn edilmiş və eyni vaxtda 800 nəfər turisti saxlamaq iqtidarındadır

Park səlahiyətliləri şüşənin çirklənməsi və cızılmasının qarşısını almaq üçün körpü ziyarətçiləri üçün geyim baxımından ön tədbirlər alacağını bildirib. Belə ki, ziyarətçilər körpüdə gəzərkən mavi cərrahi çəkmələr geyinməli olacaqlar.

Çinin şüşə körpüsü Böyük Kanyon körpüsü, Jasper Milli Parkının “Glacier” körpüsü, Fransa Alplarındakı “Aiguille du Midi” şüşə qutusu, Eyfel Qülləsindəki şüşə mərtəbələr kimi dünyaca məşhur olan şüşə strukturların sırasını tamamlayır.

 

www.ibtimes.co.uk