Azərbaycanın Sənaye Portalı

“Lilium Aviasiya” şirkətinin istehsal etdiyi elektrikli mühərriklərə malik yerdən idarə olunan iki nəfərlik  VTOL (Şaquli qalxan və enən təyyarə) ilk sınaq uçuşunu Almaniyada uğurla həyata keçirib. Şirkətin 2019-cu il üçün əsas hədəfi pilotlu uçuşu həyata keçirməkdir.

“Lilium” şirkətinin məlumatına əsasən sözügedən hava taksisi 36 aspirator turbin mühərriki ilə elektriklə işləyən bir təyyarə olacaq. Bu elektrikli mühərriklər qanadlar və kanardslarla birlikdə 12 hərəkətli flapa malik olacaqdır. Beləcə, hava axınını idarə edərək şaquli qalxa, enə və irəli doğru gedə bilər.

İddiaya görə, bu 5 yerlik nəqliyyat vasitəsi digər quadcopterlərdən (pilotsuz uçan aparat) 10 dəfə daha az enerji sərf edir və 300 km/s sürət həddinə malikdir.

"Uğurlu uçuş test proqramı göstərdi ki, inqilab yaradan texniki layihəmiz tam nəzərdə tutduğumuz şəkildə işləyir" - “Lilium” şirkətinin həmtəsisçisi və icraçı direktoru Daniel Wiegand belə deyir.

Növbəti mərhələdə isə əsas diqqət 5 nəfərlik təyyarənin dizaynına yönəldiləcəkdir.