Azərbaycanın Sənaye Portalı

Cari ilin 2-7 sentyabr tarixlərdə Berlində keçirilmiş “IFA 2015” Elektronika Sərgisində təqdim olunan innovativ məhsullardan biri də LG şirkətinin hazırladığı “MiniBeam PF1000U” proyektorudur.

Proyektorun hazırlanmasında istifadə olunan Short Distance Focus texnologiyası sayəsində qurğu 100 dyum ölçüsündə ekranı 38 sm məsafədən və 60 dyumluq ekranı 11 sm məsafədən divara və ya hər hansı bir səthə  işıqlandıra bilir.

Proyektor malik olduğu qəbuledicisi vasitəsilə kabel və rəqəmsal televiziyaya qoşularaq translyasiya edir, eyni zamanda, YouTube, Netflix, Spotify və digər xidmətlərə birbaşa keçərək görüntüləyə bilir.

“MiniBeam PF1000U” proyektoru 1,9 kq ağırlığı ilə anoloji məhsullar içərisində dünyanın ən yüngül və kompakt proyektordur. Proyektor, həmçinin, USB kabel və ya wi-fi şəbəkəsi vasitəsilə ötürülən audio və video faylları, mobil cihazlarda olan mediafaylları aça bilir.  Bunun üçün proyektor öz dinamiklərindən və ya Bluetooth vasitəsilə qoşula bildiyi istənilən digər əlavə dinamiklərdən istifadə edir.

“Full-HD” görüntülü proyektorun parlaqlığı 1000 lümen və lampasının işləmə müddəti 30 000 saatdır. “MiniBeam PF1000U” proyektoru 1.299  avro qiymətilə oktyabr ayından satışda olacaq.

 

www.damngeeky.com