Azərbaycanın Sənaye Portalı

Koreya Elm və Texnologiya İnstitutunun (KAIST) tədqiqatçıları birbaşa parçaya toxuna bilən LED  liflər hazırlayıblar.

“Bizim ixtiramız gələcəkdə parça istehsalının əsas elementini təşkil edəcək LED liflərin hazırlanmasında əsas texnologiyaya çevriləcək. Ümid edirik ki, bu texnologiya vasitəsilə geyilən ekranların bazara daxil olmasında manəeələri aşa biləcəyik.” deyə İnstitutun Elektrik Mühəndisliyi Məktəbinin professoru Çoy (Choi) bildirmişdir.

LED (Light-emmited-diode) sapların hazırlanması üçün alimlər polietilentereftarat liflərini etilendiokitiofen və polistirolsulfonat (PEDOT:PSS) qarışığına saldıqdan sonra 30 dəqiqə ərzində 130 ºC temperaturda qurudublar. Daha sonra liflər orqanik polimer diod qarışığına salınaraq litium florid və aliminiumla örtülür.

Tədqiqatçıların fikrincə, LED liflərin bu metodla hazırlanması prosesin avtomatlaşdırılmasını asanlaşdırır ki, bu da ekranlı geyimlərin kommersiyalaşdırılmasını mümkün edir.

 

www.gizmag.com