Azərbaycanın Sənaye Portalı

Çinin “Lenovo” şirkəti fləşkart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompyuterini təqdim edib. “IdeaCenter Stick 300” qurğusunun işləməsi üçün onu “HDMI” konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və “maus” lazımdır.

Mikrokompyuter dördnüvəli “Intel Atom Z3735F” prosessoru, 2 Gb əməli və 32 Gb daxili yaddaşla təchiz edilib. Qurğu “Windows 8.1” əməliyyat sistemi ilə işləyir və “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.0” standartlarını dəstəkləyir. Daxili dinamikə malik olması onu digər qurğulardan fərqləndirir.

 

www.azertag.az