Azərbaycanın Sənaye Portalı

Sasseks Universitetində (Böyük Britaniya) şəklin təsviri zamanı öz formasını dəyişdirə bilən “MistForm” ekranı yaradılıb.

Dumanın nazik qatı hava divarları ilə saxlanan boru vasitəsilə xaric olunur. Ona “Kinect”in sensor kontrollerinin köməyi ilə istifadəçinin hərəkətlərini izləməklə müəyyən şərtlər daxilində ölçüsünü nizama salmaq və dumanı əyərək idarə etməyin mümkün olduğu şəkil proyeksiya edilir. 

hi-news.ru saytının məlumatına görə, yeni tətbiqin çatışmazlığı kimi şəklin keyfiyyətinin aşağı olması göstərilir. Bununla belə, kiçik ölçülü şəkil seçilərsə hər şey aydın görünəcək.

İstehsalçılar bildirirlər ki, hazırda dumanlı ekrandan eyni zamanda dörd insan istifadə edə bilər. Ekranın Denverdə (ABŞ) keçiriləcək “Computer-Human Interaction” konfransında təqdim olunması planlaşdırılır.

www.ict.az