Azərbaycanın Sənaye Portalı

“RMIT və Pekin Texnologiya İnstitutu”nun tədqiqatçıları dünyanın ən incə holoqrafik ekranını istehsal edərək bu sahədə yeni bir səhifə açdılar. Bu incə holoqrafik ekran yalnız 25 nanometrlik bir material üzərində 3D kodlaşdırma apara bilir.

Holoqramlar lazerlərlə müxtəlif fazalarda maddələrin dəyişməsi ilə dərinlik illüziya yaradılmasını təmin edir. Normalda isə lazımi şərait üçün ən azından bir neçə millimetrin olması zəruridir. Lakin tədqiqatçılar topoloji incə film izolyatoru (izolyasiya) dedikləri bir material və həssas nəzarətli bir lazerlə bu səthi 100 dəfəyədək incəldiblər.

"Biz yeni nəsil bir material hazırladıq. Topoloji izolyator incə filmin üzərində metal kimi davranarkən, daxili hissədə isə izolyator kimi özünü göstərir. Lazeri bu materialla alışdırdıqda lazerin sıxlığına uyğun olaraq materialın özəlliklərini dəyişə bilirik. Bu modulyasiya sayəsində incə filmlər kimi maddələrdə holoqramı kodlaşdıra bilirik - layihə lideri Min Qu belə deyir.

“Bu texnika incə səthlərə holoqrafik özəllik qazandırmaqdan əlavə, eyni zamanda daha kiçik piksel yaratmağa imkan verir. Lazerin spot böyüklüyünü tənzimləyərək, hər pikseli təxminən 100 nanometr ölçüyə kimi azaldıb fərqli aspektlərdən daha təmiz görüntü ala bilirik.”

"Lazer şüasını daha kiçik bir bölgəyə sıxışdıraraq, normal 3D ekranların danışıq tərzlərindən daha böyük sahələr yarada bilirik. Piksellərin böyüklüyü görmə bucağını müəyyənləşdirir. Normal 3D ekranlarda qoyduğunuz eynəyin bucağı +/- 10 dərəcə dəyişərkən, biz bunu 20 dərəcəyə qədər yüksəldə bilirik" deyir Qu.

Qrup yaxın gələcəkdə spot böyüklüyünü 100 nanometrə qədər incəltərək, daha çox məlumat kodlaşdırmağı və daha geniş aspektli bir görüntü yaratmağı hədəfləyir.

Bir sonrakı araşdırma isə LCD ekran üzərində 3D holoqrafik görüntü yaratmaq olacaqdır. Bu yeni icad sayəsində yaxın gələcəkdə hər yerdə holoqrafik ekranları görmək mümkün ola bilər. Araşdırma “Nature Communications” jurnalında dərc olunub.

https://www.nature.com/articles/ncomms15354