Azərbaycanın Sənaye Portalı

Yeni inkişaf etdirilən jalüzlər sayəsində həm günəşi əngəlləyə,  həm də elektrik enerjisi əldə edə bilərsiniz. “Solargaps” adlı şirkət monokristallik günəş panellərindən istifadə edərək, elektrik istehsal edən, həm də evi günəşdən qoruyan bir jalüz icad edib. Bundan başqa, bu jalüzlər işıq sensorundan istifadə etməklə avtomatik olaraq işığı ən yaxşı ala biləcəyi istiqamətə dönməklə  günəşi izləyir.

Sahibkar Yevgen Alça tərəfindən icad edilən sözügedən günəş panelli jalüzlər çöldə olanda  bir kvadrat metrdə 100 vatta qədər və içəridə olduqda isə 50 vatta qədər enerji istehsal edə bilir.

Jalüzin qanadları hər nə qədər günəşə görə hərəkət etsə də, onun fəaliyyətinə ağıllı telefonla da (İOS və Android) nəzarət etmək mümkündür. Proqram sayəsində təkcə jalüzin fəaliyyətinə nəzarəti deyil, eyni zamanda planı və istehsal olunan enerjinin miqdarı haqqında məlumatları da görmək mümkündür. Hətta insanların otağa daxil olması ilə jalüzün hərəkət sensorunu avtomatik açması da baş verir.

Hələ ki, “Solargaps” bir kickstarter kampaniyası kimi yer alır. Şirkət tərəfindən layihə və istehsal  reallaşdıqdan sonra  ilk kiçik jalüzlər üçün qiymətlərin 390 ABŞ dolları, daha böyük jalüzlərin isə 783 ABŞ dolları və daha yuxarı olması planlaşdırılır.

http://newatlas.com/solargaps-solar-window-blinds/49488/