Azərbaycanın Sənaye Portalı

Cənubi Koreyada 7-Eleven mini-supermarketlər şəbəkəsinin müştəriləri indi yeni özünəxidmət növündən istifadə edə bilirlər. Onlardan şəxsiyyəti təsdiq etmək üçün öz damarlarını skan etmək və kartla ödəməni həyata keçirmək tələb olunur.

Operatorun sözlərinə görə, sözügedən mağazanın kassalarında personal yoxdur. Bütün alıcılarda mağazaya daxil olmaq və alış-verişi tamamlamaq üçün istifadə olunan “Lotte” üzvlük kartı olmalıdır. Lentli konveyer məhsulları skan etdikdən sonra ödəniş avtomatik başa çatır.  Bunun sayəsində mağaza personalı öz diqqətini alıcıların təkliflərinə yönəldə biləcək.

Eyni zamanda Cənubi Koreya mağazalarında oğurlama hallarının qarşısını almaq üçün drondan da istifadə olunacaq.

Qeyd olunur ki, Yaponiyada “Seven-Eleven” və “FamilyMart” kimi ticarət şəbəkələri 2025-ci ilə kimi bütün mağazalarında özünəxidmət texnologiyasını tətbiq etmək niyyətindədir.

http://asia.nikkei.com/Business/Consumers/South-Korea-s-7-Eleven-showcases-high-tech-self-checkout-machine