Azərbaycanın Sənaye Portalı

Fərqli tipdə olan son məhsul viskilər kimyəvi cəhətdən çox oxşar olduğu üçün onları bir-birindən ayırd edə bilən standart testlər işə yaramaya bilər. Almaniyanın Heidelberg Universitetinin tədqiqatçıları bu problemə bir çıxış yolu tapmaq üçün fərqli viski ətirlərini elmi olaraq ayırd edə bilən sintetik “dil” icad ediblər.

İlk olaraq, bu cihaz hər biri fərqli rənglərdə parlayan polimer boyalar ehtiva edən bir sıra şüşədən ibarətdir. Hər bir şüşəyə bir damcı damızdırılan viski şüşə qablarda fərqli tərkibli rəngli flyuoressensiya boyalarla reaksiyaya girərək nəticə verir. Eynilə insan dilindəki dad reseptorları kimi bu boyalar da viskidəki bir çox kimyəvi maddələrlə misilsiz bir kombinasiya içində reaksiyaya girir.

Bu reaksiyalar lövhə oxucu adı verilən cihazla ölçülür. Sözügedən texnologiya sayəsində viskinin spesifik kimliyini ayırd etməklə yanaşı, eyni zamanda tərkibini, yaşını və ölkəsi kimi amilləri də müəyyən etmək olur.

Elm xadimi Professor Uwe Bunza görə, bunun nəticəsində kimyəvi cəhətdən oxşar içkilər və hətta bioloji materiallar arasında fərqləri müəyyən etmək mümkündür. Araşdırma “Chem” jurnalında dərc edilmişdir.

http://newatlas.com/whisky-synthetic-tongue/49981