Azərbaycanın Sənaye Portalı

Kamera həkimlərin daxili müayinə apardıqları vaxt endoskop kimi, tibbi cihazların bədənin daxilində irəliləməsini təqib etmələrinə kömək edəcək formada hazırlanıb.

 Tibb dünyasında hazırda əsasən yüksək xərc tələb edən rentgen kimi darama texnologiyaları istifadə edilir.

Yeni kamera orqanizmin içindəki işıq mənbələrini müəyyən edir. Beləliklə, endoskop alətinin uzun elastik borusunun işıqlı ucu müəyyən olunaraq, qeydə alınan irəliləyiş təqib ediləcək.

 Edinburq Universitetinin müəllimi professor doktor Kev Dalival belə deyib: “Bu texnologiyanın çox fərqli formalarda istifadə olunma potensialı var. Cihazın yerinin müəyyən oluna bilinməsi, səhiyyə xidmətlərində aparılan bir çox işlər üçün mühüm əhəmiyyət daşıyır”.

Aparılan ilk testlər prototip cihazın normal şərtlər altında toxumanın 20 santimetr altına qədər nöqtə işıq mənbəyini təqib edə bildiyini göstərdi. 

Yeni kamera fotonları, eləcə də toxumalardan keçən işığın xırda izlərini aşkarlaya bilir.

Tədqiqatçılar tərəfindən ixtira olunan bu kamera xəstə yataqda olduqda belə istifadə oluna bilər.

Edinburq Universiteti və Heriot-Vat Universiteti tərəfindən idarə olunan bu layihə ağ ciyər xəstəliklərinin diaqnostika və müalicəsi üçün bir sıra yeni texnologiyalar inkişaf etdirən “Proteus Interdisciplinary Research Collaboration” tərkib hissəsidir.

http://www.bbc.com/news/uk-scotland-edinburgh-east-fife-41140654