Azərbaycanın Sənaye Portalı

Avropada Luara çayı sahilində 37 000 sakinin yaşadığı şəhər İsrail şirkəti olan “Sol-Logic” tərəfindən hazırlanan“eTree” texnologiyasının tətbiq edildiyi ilk şəhər olub.

İsrail səhraları və Afrika savannalarında yetişən akasiya ağaclarından ruhlanaraq hazırlanan bu texnologiya sözügedən şəhərin sakinlərini daimi İnternetə çıxış və içməli su ilə təmin edir. Ağac vasitəsilə smartfonları enerji ilə doldurmaq da mümkündür. 

Eyni zamanda, ağacın daxilində enerji doldurma qurğuları, LCD ekran və içməli su ilə təchiz olunmuş fəvvarə quraşdırılıb. Wi-Fi şəhər sakinləri üçün istənilən zaman əlçatandır. “eTree” gecə işıqlandırmasına da malikdir. Onun “yarpaqları” qurğunun fasiləsiz işini təmin edən böyük günəş panellərindən ibarətdir.

Qeyd edək ki, “ağıllı” ağacın ilk prototipi 2014-cü ildə İsraildə açılmışdır. Bir il sonra isə Parisdə keçirilən iqlim problemlərinə həsr olunmuş konfransda təqdim edilib. Həmçinin, İsrail və ABŞ-ın 10-a qədər şəhərində quraşdırılmışdır.

https://phys.org/news/2017-05-europe-etree-roots-central-france.html