Azərbaycanın Sənaye Portalı

ABŞ-ın “IBM” şirkətinin mütəxəssisləri yeni dünya rekorduna imza atıblar. Belə ki, onlar 330 milyon kitaba bərabər olan 330 tbaytlıq məlumatı ovuc ölçüsündə yığıcıya yerləşdirməyə nail olublar.

 60 il əvvəl ixtira edilmiş maqnit lent yığıcıları ənənəvi olaraq vergi sənədləri və tibbi yazıların arxivləşdirilməsi üçün tətbiq edilirdi. “IBM”in lentlər üzrə ilk bölməsi yarım düym enliyində lentdən istifadə edirdi ki, ona da təxminən 2 mbaytlıq məlumat yerləşirdi.

Maqnit lent “Sony Storage Media Solutions” tərəfindən inkişaf etdirilmişdir və növbəti mərhələdə lentlərin saxlama səviyyəsinin davamlılığının artırılmasını mümkünlüyü sonrakı onillik göstərəcəkdir.

“Lent ənənəvi olaraq video-arxivlər, ehtiyat surətlər, informasiyanın bərpası və saxlanılması üçün istifadə olunur, lakin sənaye portativ variantlar istiqamətində genişlənməyə davam edir”, – deyə istehsalçılar bildiriblər.

IBM tədqiqatçılarının hər kvadrat düymdə 201 gbayt əldə etməsi onların bir neçə yeni texnologiya inkişaf etdirməsinin nəticəsində baş tutmuşdur. Eyni zamanda IBM şirkəti Sony şirkəti ilə bir neçə müddət sıx əməkdaşlıq etmişdir və nəticə olaraq maqnitafon kimi media texnologiyalarında böyük irəliləyişlər əldə edilmişdir.