Azərbaycanın Sənaye Portalı

Şahmat oynaya bilən robot hazırda Tayvanda keçirilən “Computex” yarmarkasının əsas ulduzu olub.

Asiyanın ən böyük texnologiya hadisələrindən biri olan, hər il keçirilən,“Computex” yarmarkasında şahmat lövhəsində şahmat oynaya bilən robot təqdim olunub.

İndiyədək proqramlar vasitəsilə oynanılan şahmatda insanlara qalib gələ bilən robotlar mövcud olub. Yeni təqdim olunan robo-şahmatçı üçün isə oyun – sadəcə hobbidir. O, həmçinin zavod konveyerlərində işləyə, xəstəxanalarda pasiyentlərə qulluq edə, hətta ofisiant və stüardessa kimi işləyə bilər.

“Robot kiçik şahmat fiqurlarının formasını müəyyən edir, siqnalı öz beyninə ötürür, hərəkətləri hesablayır və opponentlə qarşılıqlı əlaqə qura bilir”, – robotun yaradıcısı və Tayvanın Sənaye Texnologiyaları Elmi-tədqiqat İnstitutunun bölmə direktoru Lyuis Lyu belə deyib.

Eyni zamanda robotda ağıllı görmə sistemi də mövcuddur. O, fincanda nə qədər qəhvə qaldığını və onu yenidən doldurmağın lazım olub-olmadığını müəyyən etmək imkanına malikdir.