Azərbaycanın Sənaye Portalı

2015-ci ilin 16-17 dekabr tarixlərində İran İslam Respublikasının Kiş adasında “Texnologiyaların idarəolunması” (IRAMOT 2015) mövzusunda 5-ci Beynəlxlaq Konfrans keçiriləcəkdir.

Konfransın ümumi müzakirə mövzuları aşağıdakı kimidir: 

1.        Strateji texnoloji planlaşdırma
2.        Texnologiyaların transferinin idarəolunması və təhsil
3.        Strateji texnoloji əməkdaşlıqlar
4.        Tədqiqat və inkişafın (R&D) idarəolunması
5.        İnovasiyanın idarəolunması və yeni məhsulun inkişafı
6.        Texnologiyaların və biliyin kommersiyalaşdırılması
7.        Texnoloji sahibkarlıq
8.        Biliyin idarəolunması və texnoloji inkişaf
9.        Elmi və texnoloji sahələrdə əqli mülkiyyətin qorunması
10.      Proqnozlaşdırma, gələcək tədqiqatlar və texnologiyaların qiymətləndirilməsi
11.      Texnoloji siyasət
12.      Şəbəkələr və təbiət, sahəvi və texloji innovasiyalar sistemləri
13.      Texnolojiyaların iqtisadi, social və mədəni tsirləri və onların davamlı inkişafda rolu
14.      Texnoloji və innovativ idarəetmə üçün təlimlər
Konfransda iştirak etmək istəyənlər məqalələrin tam mətnini ingilis dilində 22 sentyabr 2015-ci il tarixinədək http://conference.iramot.ir/en veb səhifəsi vasitəsilə qeydiyyatdan keçərək, təqdim etməlidirlər.

Tədbirin təşkilatçısı seçilən məqalə müəlliflərinin (həmmüəlliflik yolu ikə təqdim olunan hər məqalə üzrə ancaq bir müəllifin) qonaqlama xərclərini ödəyəcəkdir. Həmçinin seçilən məqalə müəllifinin yol xərclərinin ödənilməsi də mümkündür. 

Seçilən məqalə müəllifləri 30 oktyabr 2015-ci il tarixində məlumatlandırılacaqlar.

Təşkilatçılar bildirik ki, Kiş adasının xarici iş orqanlarının məlumatına əsasən, adaya səfər edən xarici vətəndaşlar İran vizasına müraciət etmədən səfər edərək, müvafiq olaraq, viza proseduru üçün Kiş Hava Limanında müraciət edə bilərlər. 

Əlavə məlumat almaq üçün əlaqələndirici:

Nazanin Daneshkhah 

Beynəlxalq əlaqələndirici
Texnologiyaların İdarəolunması İran Assosiasiyası (IRAMOT)
Tel: +98-21-88615889
Elektron poçt: iramotconference@gmail.com
Veb səhifəyə keçid: http://conference.iramot.ir/en