Azərbaycanın Sənaye Portalı

Cari ilin 7-9 oktyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində VIII Beynəlxalq İnnovasiya Forumu və XIX Beynəlxalq “Rusiya sənayeçisi” sərgisi keçiriləcəkdir.

Sərgidə müasir sənaye materialları və onların emalı, maşınqayırma, dəzgahqayırıma, metallurgiya, cihazqayırma, robot texnikası kimi bölmələr fəaliyyət göstərəcək.

Tədbirə müxtəlif ölkələrdən hökumət nümayəndələri, iş adamları, investorlar, aparıcı ictimai təşkilatların və təhsil müəssisələrinin təmsilçiləri, elm xadimləri dəvət olunurlar.

Sərgi haqqında daha ətraflı məlumat növbəti internet səhifələrində yerləşdirilmişdir:

http://forum.spbinno.ru

www.promexpo.lenexpo.ru