Azərbaycanın Sənaye Portalı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) sentyabrda üçüncü qrant müsabiqəsini elan edəcək.

Ötən ildən keçirilən qrant müsabiqələrinə ümumilikdə 323 layihə təqdim olunub. Layihələrin 121-i ilkin, 61-i isə kompleks ekspertizadan keçirərək maliyyələşdirilir. İlk iki qrant müsabiqəsi çərçivəsində maliyyələşən "WeTravel” və “Hipassenger” layihələri artıq kommersiyalaşdırılır.

"WeTravel” “http://www.wetravel.to” internet səhifəsinin kompyuter və mobil cihaz applikasiyalarının ilkin versiyasının yaradılmasını və ölkələrə gəzinti turu təşkil edən onlayn sistemin qurulmasını nəzərdə tutur. “Hipassenger” isə dünya miqyasında səyahətə çıxanları əlaqələndirən, onların bir-biri ilə söhbətləşməsinə imkan yaradan, eyni zamanda partnyorlar tərəfindən təklif olunan ən sərfəli sövdələşmələri tapmağa imkan verən internet və mobil rabitə sistemlərinə əsaslanan yeni platformadır. Bu layihələrin reallaşmasına müvafiq olaraq 18 və 20 min manat həcmində qrant ayrılıb.

AZƏRTAC