Azərbaycanın Sənaye Portalı

Moskva Ali Mühəndislik Məktəbi (“Московская Высшая Школа Инжиниринга”) “İST” Şirkətlər Qrupunun dəstəyi ilə və Almaniyanın Axen şəhərinin Reyn-Vestfal Texniki Universiteti (“RWTH Aachen”) ilə birgə şəkildə texniki kursların tədrisini təklif edir.

Məktəb tərəfindən Azərbaycan sənaye müəssisələrində mühəndis-texniki və idarəetmə sahələrində çalışan orta və yuxarı dərəcəli kadrları üçün ixtisasartırma proqramının təşkili və müvafiq şirkətlərin əməkdaşlarının bu proqramda iştiraka cəlb edilməsi təklif edilmişdir.

Məktəbdə aşağıdakı kurslar tədris edilir:

-    “Sənaye sistemlərinin mühəndisliyi” (DISE – Dual Industrial System Engineering) – Almaniya təhsil proqramları əsasında mühəndislər və iqtisadçılar üçün proqram; 
-    “MiniDISE Germany” – DISE əsasında qurulmuş proqram; 
-    “Sənaye sistemlərinin kompleks mühəndisliyi üzrə mütəxəssis” – sənaye müəssisələrinin müasirləşdirilməsi ilə məşğul olan investisiya-tikinti layihələrinin meneceri və mütəxəssisləri üçün proqram; 
-    “Sənaye müəssisələrinin vahid planlaşdırılması” – sənaye müəssisələrinin müasirləşdirilməsi və yeni sənaye müəssisələrinin yaradılması layihələrinin rəhbərləri üçün proqram;
-    “Sənaye müəssisələrinin səmərəli planlaşdırılması və idarəedilməsi” – yüksək keyfiyyətli məhsulların istehsalına kömək edən və effektiv istehsal sistemini qurmağa yönəlmiş proqram;
-    “Master of Engineering and Management” (MEM) – mühəndislik şirkətlərində çalışmaq istəyən mütəxəssislər üçün dərin idarəetmə və mühəndislik biliklərini verən Magistratura proqramı.

Qeyd olunan proqramlara maraq göstərən sənaye müəssisələri Moskva Ali Mühəndislik Məktəbinə müraciət edə bilər: info@mhse.ru; http://www.mhse.ru/;  (faks) +7 495 374 5705.