Azərbaycanın Sənaye Portalı

Nəzərinizə çatdırırıq ki, 26 aprel 2016-cı il tarixində İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-İspaniya Biznes Forumu keçiriləcəkdir.
Biznes foruma tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq İspaniya şirkətinin qatılacağı gözlənilir. Tədbirə qeydiyyatın 26 aprel tarixində saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində keçiriləcəyini diqqətinizə çatdırır və Sizi qeyd olunan forumda iştiraka dəvət edirik (İspaniya şirkətlərinin siyahısı əlavə olunur).
Tədbirdə şirkətinizi təmsil edəcək şəxslə bağlı məlumatı bizə (tel.: 012 5980147/48 və ya 4371142, daxili: 123; 108, 119, e-mail: anuriyev@azpromo.az) bildirməyinizi xahiş edirik.