Azərbaycanın Sənaye Portalı

20 iyun 2016-cı il tarixində Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya Biznes Forumu keçiriləcək.

Tədbirdə qida sənayesi, maliyyə, enerji, nəqliyyat, yüngül və ağır sənaye, ticarət, mühəndislik, səhiyyə və digər sektorları təmsil edən 70-ə yaxın Rusiya şirkəti iştirak edəcək.

Biznes forumda iştirak etməkdə marağınız olduğu halda, tədbirdə şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 və ya 012 4371142, daxili: 108, 123; e-mail: vmirzayev@azpromo.az) bizə bildirməyinizi xahiş edirik.