Azərbaycanın Sənaye Portalı

9-12 avqust 2015-ci il tarixlərində İran İslam Respublikasında “15-ci Beynəlxalq İnşaat Sərgisi” keçiriləcəkdir. Kommersiya, marketinq və investisiya qoyuluşu sahələri üzrə fəaliyyət göstərən Azərbaycan şirkətləri sərgidə iştiraka dəvət olunurlar. Sərgidə iştirakla əlaqədar müraciət edən şirkətlər İranın Bakıdakı Səfirliyinin kommersiya attaşeliyi tərəfindən təsdiqləndiyi təqdirdə, bu şirkətlərin 2 nəfər nümayəndəsinin İranda iki gecə 4-ulduzlu mehmanxanada 2-nəfərlik otaqlarda qalma xərcləri, ümumi sürətdə tərcümə, bələdçilik və sərgiyə və hava limanına nəqliyyat xidmətləri təşkilatçı tərəfindən təmin ediləcəkdir. Bunun üçün sərgidə iştirak etməkdə maraqlı olan şəxslərdən aşağıdakı əlaqə vasitələrindən istifadə edərək ən geci 2 avqust tarixinədək İranın Bakıdakı Səfirliyinin kommersiya attaşeliyinə məlumat vermələri xahiş olunur:


Tel.: +99412 432 76 62, 
Faks: +99412 433 03 61
E-mail: shahidi@aztpo.com